KepezTV Player
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3 254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.
- Baxış: 535