• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 26.07.2018 15:06

“ASAN xidmət”ə 23 milyon müraciətçi Gədəbəy sakini oldu

KepezTV Player

“ASAN xidmət” 23 milyonuncu, vətəndaşa xidmət göstərib. Bu müraciətin sahibi Gədəbəy rayonun Gərgər kənd sakini 7 yaşlı  Hüseyn Qarayev olub. O, anası Svetlana Süleymanova ilə Gədəbəydə Asan Xidmətin səyyar avtobusuna yaxınlaşaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Balaca Hüseyn həm də Səyyar ASAN xidmətə müraciət edən 1 500 000-ci vətəndaş kimi tarixə düşüb. 23 milyonuncu müraciəti sahibinin təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Asan Xidmət mərkəzlərinin fəaliyyətindən danışıblar. Bölgələrdə yaradılan regional mərkəzlərin əhatə dairəsinə daxil olmayan rayonlarda səyyar xidmətlərin üstünlükləri vurğulanıb. Bu məqsədlə ASANın 10 səyyar avtobusunda vətəndaşlara xidmət göstərildiyi diqqətə çatdırılıb. 23 milyonuncu müraciətin sahibinə simvolik hədiyyələr təqdim olunub.

Svetlana Süleymanova – sakin: Şəxsiyyəti təsdiq edən sənədi almaq üçün gəlmişdik. Asan xidmətə müraciət etdim. Burada məlum oldu ki oğlum Hüseyn 23 milyoncu şəxs seçilib. Buna görə də Asan xidmətin bütünm peşəkar kollektivinə öz minnətdarlığımızı bildiririk.

Elnur Niftəliyev - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri: Xidmət fəaliyyətini ölkə üzrə genişləndirir. Bu il daha iki xidmətimiz fəaliyyətə başlayacaq. Bunlardan biri İmişlidə digəri isə Şəkidə olacaq. Onların hər biri regional xarakter daşıyır. 500 mindən artıq vətəndaşımıza xidmət gsötəriləcək. Sonrakı illərdə daha 5 Asan Xidmət mərkəzi başlayacaq. Bunlar Tovuz Ağcabədi Şamaxı Kürdəmir və Cəlilabadda olacaq. Ümulikdə 2020 ci ilədək Asan xidmət  mərkəzlərinin  sayı 20-ə çatdırılacaq və biz Azərbaycanı tam əhatəe tmiş olcağıq.

 

Natiq Hüseyn