Dövlət Sərhəd Xidməti və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şəki sakininə məxsus torpaq sahəsində yabanı halda bitən ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd çətənə kolu aşkar edilib. Bitkilər məhv edilib. Qax Rayon Polis Şöbəsi əməkdaşları da Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitən çətənə kolu aşkar ediblər. Narkotik yandırılma yolu ilə məhv edilib. Astara Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçiriblər. Nəticədə şəhər sakini Fariz Məmmədov 5 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq 25 qramdan artıq tiryək aşkarlanaraq götürülüb. Fariz Məmmədovun yaşadığı evdən isə 5 bükümdə tiryək çıxıb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsindən cinayət işi başlanıb, araşdırma davam etdirilir.
- Baxış: 479