KepezTV Player
Yol Polisi Mingəçevir şəhərində reyd keçirib, qayda pozan sürücü və piyadalar cərimələniblər. Sürücülük vəsiqəsi olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobili idarə edən 80-dən çox sürücü saxlanılıb. Onların bir qisminə protokollar tərtib olunub, digərlərinə isə xəbərdarlıq edilib. Eyni zamanda yolu müəyyən olunmamış hissədən keçməyə çalışan 20 piyadaya və velosipedçiyə protokol tərtib olunub.
- Baxış: 613