Ağdamın Hacıməmmədli kəndində 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 43 yaşlı Natiq Quliyev kustar üsulla hazırladığı qızdırıcı qurğunun üstünə su ilə dolu vedrəni qoyarkən cərəyan onu vurub. Evdə tək olan Quliyevin köməyinə çatan olmayıb və nəticədə o, dünyasını dəyişib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralıda, nəzarətsiz ərazidə 1 nəfərin batdığı barədə məlumat daxil olub. Vəfa Fətullayevanın cəsədi hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bakının Yasamal rayonu Əhməd Cəmil küçəsi 30 ünvanında yaşayan 62 yaşlı Şamil Şərifovu ehtiyyatsızlıqdan elektrik cərayanı vurub. Nəticədə o ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti orta ağır kimi qiymətləndirilir.
- Baxış: 814