KepezTV Player
Poçt şöbəsindən oğurluğa cəhd olub. Naməlum şəxslər iyulun 21-dən 22-ə keçən gecə Azərpoşt MMC-nin Zaqatala rayon filialının Mosul kənd şöbəsinə giriblər. Onlar binanın giriş qapısının qıfılını sındırmaqla içəri daxil olublar. İçəridə axtarış apardıqdan sonra heç bir sənədə əl vurmadan binanı tərk ediblər. Hadisə baş verən gecə poçtda pul olmayıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 708