Mədəniyyət naziri Əbülfəs Qarayev isə Qazaxda qəbul keçirib. Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən sakinləri musiqi məktəblərində işə qəbul, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanalarda kitab fondunun zənginləşdirilməsi ilə bağlı müraciətlər ünvanlayıblar. Vətəndaşları fərdi qaydada dinləyən nazir həlli vacib olan bir çox məsələlərlə bağlı yerindəcə göstərişlər verib. Bəzi müraciətlərin isə araşdırılması tapşırılıb.
Əbülfəs Qarayev mədəniyyət naziri:Çox maraqlı və dəyərli təkliflər irərli sürülür. O cümlədəndə musiqi məktəblərininin fəaliyyətinin genişləndirilməsi və yeni ixtisasların açılmaıs ilə bağlı müraciətlər olunur. Sonra gözəl bir təklif olundu. Düşünürəm ki bu təkliflə biz dərhal məşğul olcağıq. Burada yerləşən tarixi abidələrin virtual xəritəsinin yardılması və internet vasitəsi ilə təqdim olunması təklif olundu.
- Baxış: 1023