• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 19.07.2018 15:21

3 yaşlı uşaq kimyəvi məhlul içərək, zəhərlənib

KepezTV Player

Şəki şəhərində 3 yaşlı uşaq kimyəvi məhluldan zəhərlənib. İyulun 18-i axşam saat 21 radələrində Şəki şəhər sakini, Səid Məmmədli zəhərlənmə əlamətləri ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına daxil olub. Müayinə zamanı 3 yaşlı Səid Məmmədlinin yaşadığı ünvanda nəzarətsiz qalması səbəbindən su zənn edərək durulaşdırıcı kimyəvi məhlul içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən uşağa lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.