Ölkənin ali məktəbləri ilə yanaşı 9 ölkənin qatıldığı yay məktəbində ümumilikdə 34 tələbə davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə edəcəklər. Açılış tədbirində yay məktəbinin təşkilinin əhəmiyyətindən və ADAU-nun beynəlxalq səviyyədə tanınmasında rolundan danışılıb. 12 gün ərzində məktəbin iştirakçıları burada müzakirə olunacaq məsələlərdən faydalanacaq və ölkəmizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Belə ki, universitetin Tələbə evində məskunlaşan yerli və xarici qonaqlar üçün ölkəmizin füsunkar yerlərinə, regionda yerləşən fermer təsərrüfatlarına, Aqropark və Heyvandarlıq Kompleksinə turlar təşkil olunacaq. Yay məktəbinin gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinə imkan verməklə, ADAU-nun əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaradır.
Aysel Kalimuldinova Qazaxstandan olan iştirakçı:Qonaqpərvərlik və mədəni münasibətə görə təşəkkür edirəm. belə görüşlər əldə etdiyimiz biliklərin və təcrübənin mübadiləsi üçün vacibdir. Bu həm də avropa və asiya xalqları arasında körpülərin qurulması baxımından əhəmiyyətlidir.
Çindən olan iştirakçı: Mən Çində Kənd Təsərrüfatı Universitində oxuyuram və yay məktəbinə qoşulmağıma çox sevinirəm, prefessor və tələbələr çox mehribandır və burada özümü öz vətənimdəki kimi hiss edirəm. Ümid edirəm ki, burada kənd təsərrüfatına aid çox biliklər əldə edəcəm.
Muhammed Aziz Abdulkarimov Pakistandan olan iştirakçı:Yay məktəbi xarici tələbələr üçün yaratdılan isti atmosferə görə bütün təşkilatçılara təşəkkür edirəm. Yay məktəbinin beynəlxalq və yerli tələbələr üçün yeni qapılar açacağına ümid edirəm. Və düşünürəm ki, bu layihə qlobal əhəmiyyət daşıyacaq.
- Baxış: 1188