Göygöldə 2018-ci ilin geridə qalan 6 ayı ərzində istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikintisi davam etdirilib. 6 ay ərzində 245-i daimi olmaqla 445 yeni iş yeri yaradılıb. İqtisadiyyatın əsas sahələrində məhsul istehsalının həcmi 84 milyon manata çatıb. Göygöllü iş adamlar dövlətdən 127 min manat məbləğində güzəştli kredit alıb. Hesabat dövründə rayon büdcəsinin gəlirləri 2 milyon 348 min manat təşkil edib. 698 ailəyən ünvanlı sosial yardım 8703 nəfər pençiyaçılara isə müavinət ödənişi təmin edilib. Rayon məşğulluq mərkəzində qeydiyyatda olan 1231 nəfər iş axatarndan 262 si münasib işlə təmin edilib. Rayona gələn turistlərin yay mövsümündə rahat gediş gəlişini təmin etmək üçün avtomobil yollarında yenidən qurma işləri sürətlədnirilıib. İclasda təhsil, səhiyyə və mədəniyyət sahəsindəki mövcud vəziyyət də təhlil edilib. Əhalinin qaz, işıq və su ilə təchizatını yaxşılaşdırmaq üçün aidiyaytı struktuirların rəhbərlərinə tapşırıqlar verilib.
Qazaxda da hesabat dövründə tikinti quraşdırma işləri sürətləndirilib. 145 çarpayılıq Qazax Mərkəzi Rayon Xəstəxanasının, eləcə də bir neçə məktəb və uşaq bağçalarının inşası davam etdirilir. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxalıb. Adambaşına düşən ümumi məhsulun həcmi 840 manat, orta aylıq əmək haqqı isə 305 manat təşkil edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində birinci yarımildə 11 yeni müəssisə yaradılıb. Nəticədə 274-ü daimi olmaqla 427 yeni iş yeri açılıb. 2018-ci ildə 11 ədəd subartezian quyusundan 7- sinin qazıntısı tam başa çatdırılıb. Hesabat yığıncağında Qazax Elekrik Şəbəkəsinin, Suvarma Sistemləri İdarəsinin, DSMF-nın rayon şöbəsinin fəaliyyətləri təhlil edilib, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.
Natiq Hüseyn
- Baxış: 1584