Iyulun 11-də Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlal Ağayevə məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 80-120 sm olan 10 ədəd çətənə kolu və 10,120 qram qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
- Baxış: 784