Gəncədə "Azərbaycanda gender bərabərliyi və media azadlığı" mövzusunda təlim keçirilib. Ölkədə gender bərabərliyinin və medianın vəziyyətinin daha da təkmilləşdirilməsi, mediada və media vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi mövzusunda çıxışlar olub. Məruzələrdə gender bərabərliyi və media azadlığına dair Avropa standartlarından da danışılıb. Maarifləndirmə baxımından təlimlərin əhəmiyyəti yüksək qiymətləndiirlib. Sözügedən təlimlər Gəncədən əvvəl Şəki, Mingəçevir və Zaqatalada təşkil olunub. Regionlarda sonuncu təlimin ölkəmizin qərp qapısı Qazaxda keçirilməsi planlaşdırılır.
Pərvanə Bayramova Avropa Şurasının Bakı ofisinin əməkdaşı: Layihənin əsas məqsədlərindən biri də jurnalistlərin media profesionnalarının gender bərabərliyi və media azadlığı sahəsində mövcud olan Avropa Şurasına dair məlumatlılığının artırmaqdan ibarətdir. Bu günkü təlimində əsas məqsədi bu sferada Avropa Şurası standartlarına dair biliklərin və məlumatların artırılmasıdır.
Natiq Hüseyn
- Baxış: 1400