Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək məqsədi ilə aztəminatlı kənd ailələri üçün yeni layihəyə start verilib. SOS Uşaq Kəndi Assosiyası tərəfindən reallaşdırılan layihədən 400 ailənin 2000-ə yaxın üzvü yararlana biləcək. Layihə həssas qrupa aid olan ailələrin kənd təsərrüfatı və kənd turizmi fəaliyyətlərinin inkişaf etdirilməsi, nəticədə sosial-iqtisadi rifah hallarının davamlı olaraq yaxşılaşmasını nəzərdə tutur. Gəncədə təşkil olunan açılış tədəbiridnə bu fəaliyyətlərin regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının, eləcə də beynəlxalq təşkilatlarla olan strateji əməkdaşlıqların məqsədlərinə nail olunmasına töhfə verəcəyi diqqətə çatdırılıb. Tədbirdə sözügedən rayon icra hakimiyyətlərinin nümayədələri eləcə də müxtəlif nazirliklərin təmsilçiləri iştirak edib.
Rəşad Hüseynov SOS Uşaq Kəndləri Assosiyasının Milli direktoru: Digər kompenetimiz ondan ibarətdir ki biz həm də kəndlərdə qadınlarımızdan ibarət qadın dəstək qrupu yaradaq. Onların şəbəkələşməsinə daha da gücləndirilməsinə köməklik edəcəyik. Həmdə peşə bacarıqlarına çıxışını artırmağı planlaşdırırıq.
Natiq Hüseyn
- Baxış: 1087