Bakının Ziya Bünyadov prospektində qəza baş verib. Oktay Qurbanov idarə etdiyi Tayota markalı avtomobillə Koroğlu metrosu istiqamətində hərəkətdə olan zaman qəflətən qarşısında piyada çıxıb. Nəticədə Oktay Qurbanov piyadanı vurub. Zərbənin təsirindən bir neçə metr hündürlüyə qalxan piyada dəmir arakəsmənin sütununa dəyərək əks yola düşüb. Ətrafda olan insanlar təcili tibbi yardım çağırıblar. Yaralı xəstəxanaya çatdırlıb. Həkimlərin səyinə baxmayaraq piyada, Lerik rayon sakini Rahim Novruzovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində olan yol polisinin əməkdaşları müayinələr aparıblar. Sürücünün sərxoş olub olmaması yoxlanılıb və onun spirtli içki qəbul etmədiyi məlum olub. Qeyd edək ki, piyada vurma hadisəsi baş verən ərazidən təxminən 10 metr aralıda yer üstü piyada keçidi var. Lakin piyada yolu keçərkən keçiddən istifadə etməyib. Sürücü Oktay Qurbanov bildirib ki, piyada yolayrıcının üstündən aşaraq yolu keçmək istəyib. Hadisə döngdə olduğundan o piyadanı gec görüb və avtomobili saxlaya bilməyib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 653