Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Volkswagen” markalı, avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib. Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub. Onlar şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə aşkar olunub. Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri - 36 yaşlı Məmməd Məmmədov və 35 yaşlı Aqşin Kərimov olmaları müəyyən edilib. Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
- Baxış: 724