KepezTV Player
Salyanın Boranıkənd kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayon sakini "KamAZ"la bacısının və onun oğlunun üstündən keçib. Belə ki, 4 yaşlı Əli Məmmədov dayısı Ərmulla Aslanovun sükanı arxasında əyləşdiyi, hərəkətdə olan avtomobilin qabağına qaçıb. Bu zaman uşağın anası Günel Məmmədova onu tutmaq üçün yük maşınının qarşısına keçib. Nəticədə ana ilə oğlu "KamAZ"ın altında qalıblar. Azyaşlı ölüb, anası isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 706