![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/skoda_17.jpg?itok=mL2Stn3L)
Skodanın Böyük Britaniya ofisi Superb universalının zirehli versiyasını göstərib. Avtomobil iri kalibrli avtomat güllələrindən və qumbaralardan qoruna bilir. Dəyəri isə Audi S8-dən bir qədər baha – təxminən 158 min dollardır. Adi Superbdən fərqli olaraq zirehli versiya gülləkeçirməz şüşələr, kuzov panelləri, polad və kompozit materiallar, həmçinin gücləndirilmiş asma, tormoz və sirena əldə edib. Skoda Superb-in kapotu altında 2,0 litrlik standart dizel motor qərarlaşıb. Aqreqatın gücü 190-a çatır. Dəyişikliklərdən sonra maşının dinamik xarakteristikaları barədə məlumat verilmir.
- Baxış: 717