KepezTV Player
“Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 27 yaşlı Ali Shah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqini tapıb. Bundan başqa, “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 33 yaşlı Yousif İbrahim John adlı şəxsin pasportun məlumat səhifəsinin dəyişdirilməklə saxtalaşdırılması da müəyyən edilib. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 35 yaşlı İraq vətəndaşı Hayder Hashim İbrahimdir. Saxlanılmış əcnəbilər barəsində müvafiq tədbirlər həyata keçirilir.
- Baxış: 979