KepezTV Player
Paytaxtın Xəzər rayonu 2-ci polis şöbəsinə may və iyun ayları ərzində Buzovna qəsəbəsi Alabalıq yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı müraciətlər daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Albalıq yaşayış massivinin sakini 27 yaşlı Namiq Salayev saxlanılıb. O, törətdiyi cinayətləri etiraf edib. 3 aydır ki, narkotikə qurşanan Namiq tanıdığı şəxslərin evlərini bu zəhərə olan tələbatını ödəmək üçün soyduğunu deyib.
- Baxış: 1148