Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Qaraqaşlı kənd sakini, 30 yaşlı Namiq Həsənov həyat yoldaşı, 26 yaşlı Şəbnəm Həsənliyə kürək, qol, bilək və sinə nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Şəbnəm təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Ailə üzvlərinin bildirdiyinə görə, hadisə qadın namaz qılarkən yaşanıb. Kişi arvadına qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, sonradan polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
- Baxış: 706