Lerikdə bədbəxt hadisə baş verib. Rayon sakini, 26 yaşlı Ramin Həbullayev süni göldə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Batan gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəsəd FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
- Baxış: 1062