Şəmkir Rayon Mərkəzi Xəstəxansında tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Diqqətə çatdırılıb ki, Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı 3 qəsəbə və 4 kənd sahə xəstəxanası, 32 həkim və 27 tibb məntəqəsində 2500-ə yaxın tibb işçisi çalışır. Ötən il Çənlibel kənd sahə xəstəxanası əsaslı təmir olunub. Atabəy kəndində tibb məntəqəsəi üçün yeni bina inşa olunub. Bundan başqa Rayon Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Kabineti və Yoluxucu Xəstəliklər şöbəsi də günün tələbləri səviyyəsinə çatdırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşasına başlanılan 190 çarpayılıq Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tikinti işləri başa çatdırılıb. Hazırda daxildə son tamamlama işləri aparılır. Kür qəsəbəsində və Şiştəpə kəndində də müasir tibb ocağının inşası istiqamətində işlər davam etdirilir. Ötən illər ərzində bir nəfər əməkdar həkim adına layiq görüqlüb, bir nəfər isə tərəqqi medalı ilə təltif edilib. Bayram toplatısında tibb işçilərindən bir qrupuna fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 1102