KepezTV Player
Gəncə şəhərində bıçaqlanma olub. Üzeyir Hacıbəyov küçəsi bina 121, mənzil 5-də yaşayan 44 yaşlı Sevinc Xəlilova daxilə keçməyən müxtəlif bıçaq yaraları ilə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin tibbi yardım göstərilən yaralı ambulator müalicəyə buraxılıb. Verilən məlumata görə, Sevinc Xəlilovanı xalası oğlu bıçaqlayıb və o, könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 2095