Sumqayıt sakini Elmir Sultanov Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə müraciət edərək yaşadığı evin qarşısında saxladığı “Mersedes” markalı avtomobilinin şüşələrinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerində olan 1500 manat pulun oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və avtomobildən müvafiq olaraq əl-barmaq izləri götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Abşeron rayon sakinləri Ülvi Əliyev, Xəyal Əlili, Kənan Burcəliyev və yetkinlik yaşına çatmayan daha bir şəxs saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırma zamanı cinayətkar dəstənin Sumqayıtda daha 5 avtomobildən eyni üsullarla oğurluq etdikləri məlum olub. Qeyd edilən faktlarla bağlı ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 1113