Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kollarının yabanı halda bitdiyi sahə aşkar olunub.“Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilib.Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.
- Baxış: 1399