Gəncədə Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunanan konsert keçirilib. Gəncə Dövlət Filarmoniyasında təşkil olunan gecədə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri Anastasiya Barun, Minə Kurtoğlu və azərbaycan vokal sənətinin tanınan simaları, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə yerli və xarici bəstəkarların əsərlərini səsləndiriblər. Gecənin davamında dahi sənətkarın oğlu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycan xalaq artisti Polad Bülbüloğlu çıxış edərək bəstəkar və xalq mahnıları səsləndirib. Konsert izləyicilər tərəfindən böyük coşqu ilə alqışlanıb.
Anastasiya Barun - müsabiqənin qalibi: Əvvəlcə bu müsabiqənin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Müsabiqənin təşkili gənc ifaçılara böyük imkanlar yaradır. Onlar burada iştirak etməklə öz arzularını reallaşdıra bilirlər, özlərini bütün dünyaya tanıda bilərlər.
Minə Kurtoğlu - müsabiqənin mükafatçısı: Buraya gəldiyim üçün çox xoşbəxtəm. Özümü evimdə kimi his edirəm. Və burda bu qədər önəmli yarışda iştirak edib ən böyük mükafatı almaq həm Türkiyə həm də öz adıma və sənətim adına çox çox önəmlidir. Bir millətin öz sənətkarına bu qədər dəyər verməsi bütün millətlər üçün örnək olmalıdır.
- Baxış: 1756