• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 08.06.2018 14:20

Gəncə teatrı Gürcüstanda keçiriləcək festivala yeni tamaşayla gedir

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında eynivaxtda iki yeni tamaşanın məşqləri gedir. Hazırlanan səhnə əsərlərindən biri gələn ay Gürcüstanda keçirilən festivalda nümayiş olunacaq.

Gürcüstanda ənənəvi Nodar Dumbadze festivalına teatr səbəbkarın “Hellados” əsəri ilə yollanır. İyulun 5-10 arası keçiriləcək festivalda təqdim olunacaq tamaşanın məşqləri davam edir. . Sevgi və anaya məhəbbətdən bəhs edən səhnə əsərinə quruluşu teatrın baş rejissoru İradə Gözəlova verib.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Son 6-7 ildə 14 dəfə xarici ölkələrdə keçirilən çox möhtəşəm beynəlxalq teatr festivallarına qatılıb. Bu il artıq ikini festivalda iştirak edəcəyik. Nodar Dumbadzenin artıq bizdə ikinci əsəri səhnələşdirilib. Onun ilk əsəri Ağ bayraqlar əsəri olubdu. O, Gəncə teatrın da uzun müddət repertuarda qalıbdı. Güman edirəm ki, həmişə olduğu kimi Gəncə Dövlət Dram Teatrı Nodar Dumbadze festivalında da teatrımızı, Gəncəmizi, ölkəmizi şərəflə təmsil edəcəkdir”.

Sevda Orucova - əməkdar artist: Mən bu tamaşa da Camalın xalası obrazını oynayıram. Bu obrazda xalanın arzusudur ki, oğlu skripkanı mükəmməl bilsin. Ana rəhmətə gedəndən sonra xala Camalı himayəsinə götürür. O təkid edir ki, camal skripkanı öyrənsin. Çox möhtəşəm ifa etsin skripkanı, onun dərslərinə getsin. Ancaq əfsuslar olsun ki, xalanın arzusu gözündə qalır.

Bundan başqa teatrda şairə Xəsəngülün “Xərabət gözəli” əsəri üzərində işə başlanılıb. Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunan tamaşada teatrın 11 aktyoru yer alır.

Elşad Əhmədov - quruluşçu rejissor: Məhsəti xanımın həyatına bu tamaşada yeni bir prizma ilə yanaşacağıq. Tamaşaçılar da bu tamaşada tam fərqli Məhsəti obrazı görəcəklər. Bu tamaşanı hazırlamaqda həmdə məqsədimiz orta yaşlı və gənc nəslin bir arada ahəngini təşkil edib tamaşaçılara göstərmək ki, Gəncə teatrının öz yaradıcılıq prosselərində də gənclər də yaradıcılıq işi ilə məşğul olmağa can atırlar.”

Gəncə Dövlət Dram Teatrında 123-cü teatr mövsümü iyulda başa çatacaq. Hesabat ilində teatr 4 yeni tamaşa hazırlayıb.