KepezTV Player
Kür çayının Samux rayonunun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində kişi meyiti tapılıb. Onun xeyli müddətdir ki, çayda qaldığı ehtimal edilir. Araşdırmalarla meyitin Kəlbəcər rayonundan olan məcburi köçkün, Göygöl rayonunda məskunlaşmış 51 yaşlı Firudin Ələsgərova aid olduğu müəyyənləşdirilib. Ələsgərov bu il mayın 10-da arvadı 45 yaşlı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub. Polis faktı araşdırır.
- Baxış: 760