Şəmkirdə istixana şəraitində yetişdirilən kartofun yığımına başlanılıb. Fermerlər bol olan məhsulun satış qiymətindən narazılıq edir.
Bayram Xəlilov - təsərrüfat sahibi: Qiymətlər bu il çox aşağıdır. Sabirkənd əhli hamımız kartof əkənik. Bu illəri kartofumuz heç pula getmədi. 30 qəpiklə biz nə pul yığaq.
Şəmkirin Sabirkənd kəndində bu il 350 hektar sahədə faraş kartof əkilib. Məhsuldarlıq da fermerlərin üzünü güldürüb. İndi təsərrüfatçılar hər hektardan ən azı 30 ton məhsul götürə bilir. Ancaq ötən il 1 kloqramı 1 manat, 1 manat 50 qəpiyə satılan məhsul bu il bazarlarda alıcılara iki dəfə ucuz təklif olunur. Təsərrüfatçılar bazardakı bolluğu digər amillə əlaqələndirir.
Elxan Qurbanov - təsərrüfat sahibi: Xarici bazra çıxış az oldu və respublikada havalar mülayim keçdiyindən bütün regionlarda məhsul eyni vaxtda çıxdı. Buna görə bazarda bolluq və ucuzluq oldu.
Fermerlərdən fərqli olaraq mütəxəsislər kartofun satış qiymətini iqtisadi amillərlə əlaqələndirir.
Araz Məmmədov - mütəxəssis: Kartofun qiymətinin aşağı olma səbəbi ondan ibarətdir ki məhsul boldur. Bazarda boluq yarandığından qiymətlər aşağı düşür.
Bu il Şəmkirdə 6100 hektar sahədə kartof əkilib. Artıq 2500 hektrada yığım baş çatıb.
Natiq Hüseyn
- Baxış: 1402