Böyük Britaniyanın Severn Valley Motorsport atelyesi 2000 at güclü Nissan Qashqai krossoverinin gedişini göstərib. Avtomobil ofroudlar arasında yeni rekorda imza atıb. 382,6 km/saat sürət Kendryu-Barreks aerodromunun eniş-uçuş zolağında qeydə alınıb. “Kaşkay”ın kapotu altında Nissan GT-R-dən 6 silindrli tvin-turbo motor qərarlaşıb. Onun həcmi 3,8 litrdən 4,1-ə qaldırılıb. Əvvəlki record 370 km/saatla Toyota Land Cruiserə məxsus olub.
- Baxış: 663