KepezTV Player
Bakının Xətai rayon Məhəmməd Hadi küçəsi 63-ünvanında yaşayan Hikmət Nəsirov 36-cı Polis Bölməsinə müraciət edərək avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib. Elə həmin gün polis bölməsinə eyni məzmunlu şikayət ərizəsi ilə Xətai rayonunda yaşayan daha bir neçə avtomobil sahibi müraciət edib. Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Oleq Larkov saxlanılıb. O, Xətai rayonunda bir gecədə 24 nəqliyyat vasitəsinin yan güzgülərinin oğurladığını və satdığını və bu işi tanışı ilə birgə etdiyini etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 481