Hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan ərazisindən İran istiqamətində hərəkət etmələri aşkar olunub.Saxlanılan sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 4 ədəd mobil telefon və şəxsi əşyalar olan çantalar aşkar olunub.Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - Hossain Lokman, Hossain Rintu, İslam Saiful, Talukdar Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.
- Baxış: 588