Yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur? -Məhəbbət, yaxşılıq, mərhəmət kimi sözləri icad eləyən insan-yer üzünün əşrəfi! Bəli, bu qədər ziddiyyətli varlıqdır insan. O qədər ziddiyyətli ki, sevdiyim dediyi şəxsin canına belə qıya bilir. İndi təqdim edəcəyimiz süjet də elə bu barədədir.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib. Ov tüfəngi ilə silahlanan şəxs Qılman Salahov küçəsi 13 ünvanına gəlib. Ona qapını evin sahibi 58 yaşlı Esmira Cəfərova açıb. Silahlı şəxs heç nə demədən Esmira Cəfərovaya və evdə olan qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib. Səsə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Hə mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib. Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törətməkdə şübhəli bilinən Sabir Qədirov keçirilən əməliyyat nəticəsində saxlanılıb. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
- Baxış: 818