Yaponiyanın Brave Robotics şirkətinin və Asratec firmasının mühəndisləri bir dəqiqəyə robotdan maşına çevrilə bilən robot-transformer düzəldiblər. J-deite RIDE adlı robotun hündürlüyü 4 metrdir. Dəyişmə zamanı isə ortaya çıxan 2 qapılı maşının uzunluğu 4,8 metr təşkil edir. Avtobotu ya sərnişin yerindən, ya da məsafəli şəkildə idarə etmək olar. Brave Robotics firması robotun aparat hissəsini, o cümlədən unikal mexanizmini hazırlayıb. Bu da qurğuya transformer etməyə imkan verir. J-deite RIDE robotunun yeriməsinə və şütüməsinə şərait yaradan proqramlaşdırma işləri isə Asratec mühəndisləri aiddir. Gələcəkdə şirkətlər bu tip robotların kommersiya versiyasını buraxmaq niyyətindədir. J-deite RIDE teoretik olaraq saatda 100 metr sürətlə gəzə, maşın formasında isə insanları daşıya bilir.
- Baxış: 508