Porsche şirkəti yenilənmiş 911 GT3 RS superkarının gedişini göstərib. O, markanın atmosfer mühərrikli ən güclü modelidir. Avtomobil 20,6 kilometr yolu öncəkidən 24 saniyə tez – yəni 6 dəqiqə 56,4 saniyəyə qət edib. Superkarın sükanı arxasında test-pilot Lars Kern və yarış sürücüsü Kevin Estre əyləşib. Onlar ümumilikdə yolu 4 dəfə dövr ediblər. Hər dövrə bir-birindən 7 dəqiqə sürətli olub. Ən yaxşı göstəriciyə Estre nail olub. O bildirib ki, avtomobil döngələrdə yarış xarakterli GT3 R kimi sürətlənir. Maşın Michelin Pilot Sport Cup 2 R şinləri ilə yüksək sürətə malik olub. Amma bunlar hələlik 911 GT3 RS üçün əlçatan deyil. Superkar 4 litrlik 520 at güclü motor və robotlaşdırılmış sürət qutusu ilə təchiz olunub. Avtomobil ilk “yüzü” 3,2 saniyəyə yığır. Maksimal sürətsə 312 km/saatdır.
- Baxış: 697