Goranboy sakini atdan yıxılaraq ağır xəsarət alıb. Rayonun Qazanbulaq qəsəbə sakini 56 yaşlı Mətləb Hümbətov Göygöl rayonunda atdan yıxılıb. Müxtəlif bədən xəsarəti alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Həkimlər Mətləb Hümbətovun vəziyyətinin orta ağır olduğunu bildirir.
Elnur Vahidoğlu
- Baxış: 711