• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 26.05.2018 16:18

Gəncə şagirdlərinin bilikləri sınağa çəkilib

KepezTV Player

Gəncənin orta məktəblərinin şagirdləri arasında intelektual bilik yarışının şəhər mərhələsi keçirilib. Təhsil Nazirliyinin xətti ilə təşkil edilən yarış Azərbayacan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub. Yarışda 8-11-ci sinif şagirdlərindən ibarət 26 komanda iştirak edib. Komandalar 6 nəfərdən ibarət olub və iştirakçılar onlara verilən, müxtəlif mövzuları əhatə edən 36 sualı 3 mərhələdə cabablandırıb. Şagirdlərin cavablarını isə Gəncə şəhər Təhsil İdarəsinin Metodistlərindən ibarət münsiflər heyyəti yoxlayıb. Ən yüksək bal toplayan qalib komandalara kubok və diplomlar verilib.

Söhrab Hacıyev Gəncə Şəhər Metodik Mərkəzinin direktoru: Şəhər mərhələsində qalib gələn komanda Respublika mərhələsində iştirak edəcək. Ümumiyyətlə keçirilən yarışın məqsədi Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının ümumtəhsil məktəbləri şagirdləri arasında yaymaq və təbliğ etməkdi. Gəncə şəhər ümumtəhsil məktəblərində tədbirlər planına uyğun olaraq bilik yarışları, intelektual yarışlar, dəyirmi masalar və seminarlar keçirilir.