“Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında Gəncədə keçirilən tədbirlər çərçivəsində əsaslı təmir və restavrasiyadan sonra Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi ilə tanışlıq olub. Cümhuriyyətin Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi bu binada ölkəmizin son yüz ildə keçdiyi çətin, lakin şərəfli inkişaf yolu tarixi eksponatlarda əks etdirilir. Müzeydə 1918-1920 – ci illərdə aid eksponatlar nümayiş olunur. 6 otaqdan ibarət muzeyin otaqlarından dördündə həmin şanlı tarix, ikisində isə Müstəqil Azərbaycan Respublikasının memarı və quruçusu Heydər Əliyev və prezident İlham Əliyevin cumhuriyyət dövrünə verdikləri dəyər əks olunub. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid geyimlər, ordenlər, mükafatlar, pul vahidləri, poçt markaları, kitablar, şəkillər nümaiş edilir. Qonaqlar cümhuriyyətin ilk nazirlər şurasının sədri Fətəli xan Xoyskinin o vaxtki iş otağında da olublar. Tədbirdə iştirak edən Türkiyə Müdafiə nazirinin müavini, Gəncə üsyanın təşkilatçısı Qaçaq Məmmədqasımın nəvəsi Şuay Alpay tarixi şəxsiyətlərin fəaliyyətləri əks olunan müzeydə yaradılan şəraiti yüksək qiymətləndirib.
- Baxış: 2217