Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində baş verib. Gəncə şəhəri istiqamətində hərəkətdə olan Tovuz rayon sakini Zahid Güllüyevin idarə etdiyi LADA markalı avtomobillə qarşı tərəfdən gələn Mersedes markalı avtomobil toqquşub. Xəsarət alan olmasada avtomobillər yararsız hala düşüb. Qəzaya Mersesdes markalı avtomobilin təkərinin partlaması nəticəsində, sürücünün idarə etməni itirərək qarşı tərəfə keçməsinin səbəb olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
- Baxış: 640