Biləsuvarda mənzildən 4650 manat və 500 ABŞ dolları, müxtəlif qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Biləsuvar sakinləri, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Azər Quliyev və tanışı Ramiz Talıblı olduqları məlum olub. Törətdikləri cinayət əməlini etiraf edən şəxslər həmin qızılları Bakı şəhərindəki lombardlardan birinə verərək pul götürdüklərini bildiriblər. Azər Quliyevin rayonun Bağbanlar kəndindəki bir evdən 700 manat dəyərində məişət əşyaları oğurladığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
- Baxış: 2128