• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 17.05.2018 14:06

Azərbaycana saxta viza ilə gəlmək istəyən 3 əcnəbi saxlanılıb

KepezTV Player

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can ərazisinə gəlmək cəhdinin qarşısı alınıb. “Şarja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olması müəyyən olun­ub. 66 yaşlı Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İran vətəndaşı Şahi Ram Bahadurun adına, 25 yaşlı Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, 27 yaşlı Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verildiyi aşkar olunub. Həmin şəxs­lərin Azərbaycan əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar ortaya çıxıb. Ne­pal vətəndaşlarının Azərbaycanın elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­ib. Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.