Azərbaycanda bilvasitə fransız dilində danışan insanların sayı 100 minə çatıb və Gəncədə yaradılan mədəniyyət mərkəzi Fransanı yaxından tanımaqla yanaşı dilinin də mənimsənilməsinə xidmət edəcək. Bu barədə Gəncədəki frankofoniya bayramında məlumat verilib.
Frankofoniya bayramı Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncə Dövlət Universitetin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə baş tutub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Biz gənc beynəlmiləlçilərik” adı altında baş tutan tədbirdə 1999-cu ildən Universitetdə fransız dili ixtisası fəaliyyət göstərdiyi, 16 tələbə ilə fəaliyyətə başlayan ixtisas üzrə hazırda 103 tələbənin təhsil aldığına diqqət çəkilib.
Jervez Mate Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı:Azərbaycan frankofoniya təşkilatına üzv olmasa da burada fransız dilinin tədrisi və ölkədə bu dildə danışanların sayının 100 minə çatması bayramın keçirilməsi üçün əsas verir. Gəncə Dövlət Universitetində Aleksandr Düma adına Mədəniyyət Mərkəzinin yaradılması fransız xalqının tarixi, ədəbiyyatı və mədəniyyətini yaxından öyrənməyə imkan verəcək. Həmçinin mərkəzdə təşkil edilən kurslardan nəinki universitetin tələbələri, eləcə də ətraf rayonlardakı gənclər də bəhrələnə biləcəklər. Universitetin Fransanın 3 ali məktəbi ilə əməkdaşlığı bizi sevindirir.
Universitetdə hər il təşkil edilən Frankafoniya bayramına tələbələr bu dəfə ciddi hazırlaşıb. Onların ifasında fransız milli musiqləri, rəqslər xüsusiliyi ilə seçilib. Dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının fransız dilində təqdim edilməsi alqışlarla qarşılanıb.
“Beynəlxalq Frankofoniya Bayramı” “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.
- Baxış: 1337