• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 15.05.2018 14:41

Şəmkirli kümçülər məhsulun bol olcağına əmindir

KepezTV Player

Ölkədə baramaçılığın inkişafı Şəmkirli fermerlərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.

Şəmkirin Aşağı Seyfəli kəndində əksər təsərrüfatlarda ipəkqurdları və barama yetişdirilir. 3 illik işin nəticəsi müsbət olduğundan fermer Sarı Qarayev bu il də yüksək məhsul əldə edəcəyinə əmindir.

Sarı Qarayev fermer: Ötən ilə baxanda bu il yer şəraitimiz çox yaxşıdır. Yem bazamız var. Qurdun kefiyyəti çox yaxşıdır. Buütün bunlara əsasən biz yüksək kefiyyətli barama istehsal edə biləcəyik.

Kənddə barama qurdlarının yem bazasının təşkili üçün 1000 ədəd çəkil ağacı əkilib. İllər əvvəl əkilən tut ağacları da yemləmədə istifadə edilir.  

Oruc Qarayev Aşağı Seyfəli kənd icra nümyəndəsi: Ötən il biz 3 qutudan 150 kloqram məhsul vermişdik. Bu il isə 10 qutu götürmüşük. 10 qutunun müqabilində pronozumuz 400 kloqramdır. Ancaq biz çalışcağıq ki bir qədərdə məhsul çox olsun.

Rayonun digər kənd və qəsəbələrində də kümçülər ipək qurdlarının bəslənməsinə böyük maraq göstərir.

İsmayıl Quliyev fermer: Yüksək nəticə gözləmək əzmindəyik. Ümidvarıq ki bizə verilən tapşırıqları layiqincə yerinə yetirəcəyik.

Ötən il Şəmkir rayonu üzrə  barama istehsalı 5 tona yaxın olub. Bu il isə məhsuldarlığın 12 tona yaxın olacağı ehtimal edilir.

Kamil Yusifov Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi: Hal-hazırda ipək qurdları 3-cü yuxudan ayılıb. Yarpaqlama aparılır. Şərait yüksək səviyyədədir. Hər bir kənddə bütün kümçülərlə biz daimi əlaqə saxlayaraq öz tövsiyyələrimizi veririk.

Şəmkirdə ipəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payızında rayon ərazisində 96 min ədəd tut tingi əkilib.

Natiq Hüseyn