KepezTV Player
Azərbaycan Dövlət Aqrar Universitetində Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi ilə birgə təşkil olunan tədbidə indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpaqlarından, o cümlədən İrəvan şəhərinin ermənilərə verilməsindən danışılib. 2018-ci ilin cümhuriyyət ili elan olunması ilə yanaşı bu il həm də tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə güzəştə gedilməsindən 100 il keçdiyinə diqqət çəkilib. Hələ 19-cu əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizinin azərbaycanlılardan ibarət olduğu vurğulanıb. Müzakirənin ADAU-da təşkili həm də o məqsəd daşıyır ki, universitetin inzibati binası Azərbaycan Xalq Cümhuriyyətinin Höküməti və Milli Şurasının 3 aylıq gəraragahı olub.
- Baxış: 1594