Hazırda Gəncənin bazarlarında bütün novbarlıq məhsulları almaq mümkündü. Alıcılara əsasən ətraf rayonlarda yetişdirilən novbarlıqlar təklif edilir. Bazara təzə çıxdığından bu məhsulların qiymətləri də bir qədər bahadır.
Mənzər İsmayılova satıcı:Gilasın qiyməti 8 manatdı kimidir. Ancaq xaricdən gələn gilasıın qiyməti 25-30 manatdır. Nə qiyməti sərfəlidir, nə də tərkibi qane edir. Öz yerli məhsullarımızdan istifadə etsək daha gözəl olar. Bağman çiyələmimizdə var, Şəmkir çiyələmimiz də var
Şəlalə Nəbiyeva satıcı:Pamidor 2 manat, xiyar 1 manat 80 qəpik, çiyələm 3-5 manat arasıdı, alçada o qiymətədir. Hər meyvənin öz qiyməti var. Alıcılarımızda var. May ayında nişanlı qızlara nübarlıq gedir
Diney Məhərrəmova satıcı:Bir səbətə kələm, kartof, xiyar, pamidor, lobya, gilas, alça, çiyələk nübarlıq yığılır. Qiymətdə həcminə baxır, 8 kq səbət 60 manat, 15 kq səbət 100-150 manata başa gəlir
Bahar Mirzəyeva alıcı:Alırıq ancaq çox bahadı. Baha verirlər. Alça 3 manat, lobya 5 manat. Badıçcan 2 manatdı.
Vüsalə Hüseynova alıcı:Nübar hər bir şey var. Badımcandı, bibardı, pamidordu sadaca olraq bahadı.
Satıcılar, alıcılar kimi novbarlıq məhsullarının qiymətinin baha olmasını normal qarşılayır. Bazara çıxarılan məhsulların həcmi artqdıqca qaiymətlərin də aşağı düşəcəyi gözlənilir.
- Baxış: 2247