• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 08.05.2018 13:36

Bir ev 3 dəfə qarət olundu

KepezTV Player

May ayının 7-si günorta saatlarında Fatma Ağayevanın Gəncə şəhəri Natavan qəsəbəsində yaşadığı mənzildə oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər ev sahibinin mənzildə olmamasından istifadə edərək pəncərini sındırma yolu ilə içəri daxil olub. Zərərçəkənin sözlərinə görə, mənzildə bir xeyli axtarış aparan qarətçilər oradan 2000 manat dəyərində qızıl zinət əşyasını, 570 manat nəğd pul və digər qiymətləri oğurlayıblar.

Qızılları bax buradan döşəyin altından götürüblər. Puluda çəmədandan götürüblər. 25 manatı isə gedək göstərim servantdan götürüblər.

Ev sahibi deyir ki bu onun mənzilində baş verən ilk oğurluq hadisəsi deyil. Buna  qədər sözügedən ünvanda iki dəfə oğurluq hadisəsi baş verib. İlk dəfə evdən nəğd pul oğurlanıb, ikinci dəfə isə ev quşları.

Fatma Ağayeva ev sahibi: Avqust ayının 29-da səhər 8-ə işləmiş yoldaşım işə gedib. Dəmiryolunda qaynaqçı işləyir. Yoldaşım obedə gələndə görüb ki evimiz bax bu formadadır. Taxta qapımız var idi onu qırıb içəri daxil olublar. Ikincid dəfə çöldən toyuğumu aparıblar. İkinic hadisə gecə olub.

Zərərçəkən hər üç oğurluq faktı ilə əlaqədar polisə məlumat verib. Hələ də oğruların kimliyinin müəyyənləşdirilməməsi ev sahibini narahat edir.

Fatma Ağayeva ev sahibi:Oğrum tapılsın mənə təhvil verilsin. Mən oğrumu tanıyım. Mənim qızımın qızılları verilsin. Mən uşağımın qızıllarıdır. Mənim heç nəyim yoxdur. Hər şeyim gedib. O pulda qapımın pulu idi.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində də Fatma Ağayevanın mənzilində silsilə oğurluqlar törədilməsini təsdiqləyiblər. İdarədən bildirilib ki faktlar üzrə əməliyyat axtarış tədbirləri intensiv şəkildə davam etdirilir. Qısa zaman kəsiyində Ağayevanın əmlakına qənim kəsilən şəxs və ya şəxslər tutularaq layiqli cəzalarını alacaqlar.