• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1078
— 04.05.2018 15:07

Gəncə sakinlərinə daşınmaz əmlakın çıxarışı elə evlerində təqdim olunub

KepezTV Player

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu il ərzində sayca 19-cu mobil xidmət Gəncədə göstərilib və sakinlər "Kütləvi çıxarış” kampaniyasından yararlanıb. Kampaniya çərçivəsində şəhərdəki yaşayış kompleksinin 30-a yaxın sakininə ünvanlarındaca çıxarışlar verilib. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bina sakinləri ilə yanaşı yaxın ərazilərdə yerləşən 20-yə yaxın mənzilə, 15 fərdi yaşayış evinə, 10 torpaq sahəsinə, 15 bağ evinə dair çıxarışlar təqdim olunub. Mobil xidmət zamanı 50-yə yaxın sakinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumatlar verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb. Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər.