Bir neçə oğurluq faktlarının üstü açılıb. Oğurluq etdiyinə görə saxlanılmış Zaur Suleykinin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş şəxslə birgə ötən il oktyabrın 11-də evlərin birindən 1700 manat, 900 ABŞ dolları oğurlaması məlum olub. Həmçinin bilinib ki, cari il aprelin 29-da yenidən həmin evdən oğurluğa cəhd göstərib, bir yardımçı təsərrüfatdan qayıq mühərriki və 2 evdən qızıl-zinət əşyaları oğurlayıb.Görülmüş tədbirlərlə digər şəxs də saxlanılıb.
Tovuz RPŞ–nin əməkdaşları isə rayon sakininin 1 baş inəyini oğurlayan şəxsi yaxalayıblar. Cinayət əməlini törədən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsmayılovdur. Zaqatalada isə aprel ayının 26-na keçən gecə törədilən oğurluğun "qəhrəman"ları yaxalanıb. Göyəm kəndi ərazisindəki torpaq sahələrindən birindən inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Natiq İsmayılov və Yusif Həbibov saxlanılıblar. Faktlar araşdırılır.
- Baxış: 1009