• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 30.04.2018 23:14

Bıçaqlanan şəxs avtomobillə vuruldu

KepezTV Player

Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub.Qazax rayon sakini 56 yaşlı Qoşqar Ocaqquliyev Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi sürücüsü, Ağstafa sakini 44 yaşlı Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən Rövşən Allahverdiyev idarə etdiyi "Nazlifan" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Qoşqar Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu