• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 27.04.2018 13:25

Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi saxlanıldı

KepezTV Player

Sərhədçilər saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbini saxlayıblar. “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 60 yaşlı Sid­diqi Salma və 31 yaşlı Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub. “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı isə özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 23 yaşlı Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­karlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib. Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.